Cahangir Əsgərov da vəzifəsini itirdi, İnam Kərimov seçildi

Digər, Ağır Atletika
19 Fevral 2022 - 12:31
Supersport.Az-ın məlumatına görə, fevralın 19-da Azərbaycan Ağır Atletika Federasiyasının ümumi yığıncağı keçirilib.
Gənclər və İdman Nazirliyinin inzibati binasında keçirilən tədbir Dövlət Himnimizin səsləndirilməsi ilə başlanıb.
Əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.
Azərbaycan Ağır Atletika Federasiyasının son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib, federasiya üzvlərindən Vahid Nəzərov, Elxan Süleymanov, Azad Mustafayev hesabatla bağlı irad və təkliflərini bildiriblər. Federasiyanın Nizamnaməsinə əlavə və dəyişikliklər də səsvermə ilə qəbul edilib.
Sonra federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. AZAL-ın prezidenti, AAAF-ın rəhbəri vəzifəsindən yola salınan Cahangir Əsgərovun yerinə Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İnam Kərimov federasiyanın yeni prezidenti seçilib. Həmçinin Səbuhi Mehdizadə federasiyanın vitse-prezidenti, Anar Hüseynov, Nihad Məmmədli, Asif Məmmədov və Aydın Ağaəliyev İdarə Heyətinə üzv seçiliblər.
Yığıncaqda Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti İnam Kərimov çıxış edərək qurumun bundan sonrakı fəaliyyəti və qarşıdakı planları barədə danışıb. Tədbirin sonunda Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib.