"Qalatasaray" Qvardiolanın köməkçisini gətirir

"Qalatasaray" Qvardiolanın köməkçisini gətirir
Futbol
11 Yanvar 2022 - 22:45
Türkiyə "Qalatasaray"ının yeni baş məşqçisi müəyyənləşib.

Supersport.Az xəbər verir ki, bu barədə klubun prezidenti Burak Elmas açıqlama verib.

Funksioner ispaniyalı Domenek Torrentlə anlaşdıqlarını bildirib. O, 59 yaşlı mütəxəssisin yaxın günlərdə Türkiyəyə gələrək müqavilə imzalayacağını bildirib.

İspan mütəxəssis vaxtilə "Barselona", "Bayern", "Mançester Siti"də Pep Qvardiolanın köməkçisi olub.

2020-ci ilin iyulunda Braziliyanın "Flamenqo"sunu çalışdıran Torrentin rəhbərliyində klub 26 oyunda 15 qələbə qazanıb, 5 heç-heçə edib, 6 məğlubiyyətlə üzləşib. Mütəxəssis 2020-nin noyabrından işsizdir.

Qeyd edək ki, "Qalatasaray" ötən gün Fatih Terimlə yollarını ayırıb.

Digər xəbərlər