Supersport.Az Azərbaycan Premyer Liqasının 14-cü turunda keçirilən “Qarabağ” – “Zirə” oyunundan videogörüntü hazırlayıb. Ağdam təmsilçisi “İmarət” azarkeş qrupunun yer aldığı tribunada azarkeş qrupunun Vətən müharibəsində şəhid olmuş üzvü Məhəmmədəli İbrahimlinin pankartını yerləşdirib. Fanatlar “Şəhidlər ölməz, Vətən bölünməz” hayqırıblar.
Azarkeşlər AFFA-ya səslənərək “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun milliyə gətirilməsini tələb ediblər.