Millimiz yenə məğlubiyyətlə barışdı

Millimiz yenə məğlubiyyətlə barışdı
Futzal, Futbol
19 Dekabr 2021 - 21:39
Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.

Supersport.Az xəbər verir ki, FHN-in İdman-sağlamlıq mərkəzində Ukrayna komandası ilə ikinci oyunda millimiz 1:5 hesabı ilə uduzub. Komandamızın heyətində Everton Kardoso fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında ötən gün keçirilən ilk görüşdə Ukrayna yığması 4:0 hesablı qələbəyə sevinmişdi.

19 dekabr

Azərbaycan – Ukrayna - 1:5


Qol: Kardoso, 19:40 – Petro Şoturma, 5:39. Qalo, 22:11-avtoqol, Daniel Abakşin, 23:55. İqor Korsun, 31:55. Aleksandr Suxov, 39:00.

Digər xəbərlər