Azərbaycanlı ikiqat olimpiya çempionu Rusiyada prezident oldu
Olimpiya, Digər, Qılıncoynatma
15 Dekabr 2021 - 17:01
Azərbaycanlı ikiqat olimpiya çempionu İlqar Məmmədov Rusiya Qılıncoynatma Federasiyasının (FFR) prezidenti seçilib.
Supersport.Az xəbər verir ki, 56 yaşlı mütəxəssis bu posta yeganə namizəd kimi qalib gəlib. O, yeni vəzifədə Aleksandr Mixaylovu əvəzləyib. Mixaylov FFR-ə 2009-cu ildən rəhbərlik edirdi.
Qeyd edək ki, İlqar Məmmədov Seul-1988 və Atalanta-1996 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıb. Veteran rapiraçı 2012-ci ildən Rusiya millisinin baş məşqçisi idi. İ.Məmmədov hazırda Azərbaycan Qılıncoynatma Federasiyasında məsləhətçi vəzifəsində çalışan Yaşar Məmmədovun oğludur.