Supersport.Az-ın əldə etdiyi məlumata görə, bu gün Milli Olimpiya Komitəsinin (MOK) Hesabat-Seçki Konfransı keçiriləcək.
Sayca 8-ci hesabat baş məclisində komitənin vitse-prezidenti Çingiz Hüseynzadə MOK-un son 5 il ərzində fəaliyyəti haqqında məruzə ilə çıxış edəcək.
Ardından Milli Olimpiya Komitəsinə prezident seçkisi keçiriləcək. Azərbaycan prezidenti İlham Əliyev 1997-ci ildən bu qurumun başçısıdır.
Bu gün MOK-un vitse-prezidentləri, baş katibi, İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvləri də məlum olacaq.