"Qarabağ"ı xorvat referi uduzdurdu

Futbol
10 Dekabr 2021 - 01:49
Konfrans Liqasında qrup mərhələsinə yekun vurulacaq.
Supersport.Az xəbər verir ki, Azərbaycanın turnirdə təmsilçisi "Qarabağ" İsveçrədə "Bazel"lə həlledici matça çıxıb.
Bazel klubuyla xalları eyni olsa da, top fərqinə görə 2-ci pillədə qərarlaşan Ağdam klubu qrup qalibi olmaq üçün mütləq qələbə qazanmalı idi.
Qrup lideri olan komanda birbaşa 1/8 finala yüksəlirdi. Qrupda 2-ci yeri tutan komanda isə Avropa Liqasında ən yaxşı qrup 3-cüsü olan 8 komandadan biri ilə pley-off oyununa çıxacaq.
İsveçrədə təşkil olunan oyun biabırçılıqla yadda qalıb. Xorvat referi Fran Yoviç birinci hissəfə "Qarabağ"ın "Bazel"in qapısına vurduğu təmiz qolu saymayıb, həmçinin Ağdam klubunun penaltisi verilməyib.
Görüşün 2-ci dəqiqəsində Abdulla Zubirin vurduğu zərbə qapı xəttini 1 metrə yaxın keçib. Buna baxmayaraq, qol qeydə alınmayıb. Baş verənlərdən sonra Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov 4-cü hakimə etirazını bildirib.
Azərbaycan təmsilçisi çox sayda qol imkanlarını da boşa verib.
9 dekabr
Konfrans Liqası
Qrup mərhələsi, 6-cı tur
H qrupu
00:00. "Bazel" (İsveçrə) – "Qarabağ" (Azərbaycan) 3-0
Qollar: Artur Kabral, 33, Kasami, 62, Artur Kabral, 74
Baş hakim: Fran Yoviç (Xorvatiya)
Bazel. "Sent Yakobs Park"
00:00."Omoniya" (Kipr) - "Kayrat" (Qazaxıstan) 0–0