Təmsilçimiz əsas mərhələdə

Təmsilçimiz əsas mərhələdə
Futzal, Futbol
24 Avqust 2021 - 21:55
"Araz-Naxçıvan” komandası futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində üçüncü oyununu keçirib.

Supersport.Az xəbər verir ki, Azərbaycan çempionu F qrupundakı son matçında Latviyanın "Raba" kollektivi ilə üz-üzə gəlib. Görüş "Araz-Naxçıvan"ın 8:4 hesablı qələbəsi ilə başa çatıb.

Naxçıvan təmsilçisinin heyətində Maneka, Xətai Bağırov və Ramiz Çovdarov dubl edib. Digər qolları isə Pereyra Qonçalves Dos Santos və İsa Atayev vurublar.

Bu qələbədən sonra xallarını 7-yə çatdıran "Araz Naxçıvan" qrupu ikinci pillədə başa vururaq, əsas mərhələyə vəsiqə qazanıb.

Qrupda ilk sıranı isə Finlandiyanın “Kampuksen Dinamo” klubu tutub.

Qeyd edək ki, Joze Alesionun baş məşqçi olduğu komanda qrupdakı ilk görüşündə Cəbəllütariqin "Europa" klubunu 9:2 hesabı ilə məğlub edib, ikinci qarşılaşmada isə Finlandiya “Kampuksen Dinamo”su ilə heç-heçə edib - 4:4.

Digər xəbərlər