Millimiz gürcüləri məğlub etdi

Digər, Voleybol
08 May 2021 - 20:46
Kişi voleybolçulardan ibarət Azərbaycan millisi 2021-ci il Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.
Supersport.az xəbər verir ki, yığma F qrupundakı növbəti matçında meydan sahibləri Gürcüstanla qarşılaşıb. Tbilisidə Voleybol Arenasındakı görüş Azərbaycanın inamlı qələbəsi ilə başa çatıb - 3:0.
Milli üç setdə müvafiq olaraq 25:20, 25:22 və 25:15 hesabı ilə qalib gəlib.
Qrupda 2-ci turun digər qarşılaşmasında Monteneqro Yunanıstana uduzub - 2:3.
Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu mayın 9-da Yunanıstana qarşı keçirəcək.