Millimizdən yunanlara dərs

Futzal, Futbol
14 Aprel 2021 - 21:06
Supersport.Az-ın məlumatına görə, futzal üzrə milli komandamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində qrupda son oyununu keçirib.
Bakı İdman Sarayında keçirilən qarşılaşmada Yunanıstan yığması ilə üz-üzə gələn millimiz 4:0 hesablı qələbə qazanıb. Panagiotis Gousisin avtoqol müəllifi olduğu oyunda komandamızın digər qollarını Fineo, İsa Atayev və Ramiz Çovdarov vurub.
Qrupun yekun turnir cədvəlini diqqətinizə çatdırırıq:
KOMANDALAR | O | Q | H | M | T/F | X |
Azərbaycan | 6 | 5 | 1 | 0 | 22-6 | 16 |
Slovakiya | 6 | 3 | 2 | 1 | 21-9 | 11 |
Moldova | 6 | 1 | 2 | 3 | 14-22 | 5 |
Yunanıstan | 6 | 0 | 1 | 5 | 4-24 | 1 |