Olimpiya çempionumuz finalda büdrədi

Olimpiya çempionumuz finalda büdrədi
Digər, Taekvondo
12 Mart 2021 - 18:24

Supersport.Az-ın məlumatına görə, İstanbul şəhərində təşkil edilən "Turkish Open" beynəlxalq turnirdə daha bir idmançımız fəxri kürsüdə yer alıb. 87 kq yuxarı çəki dərəcəsində mübarizəyə qoşulan olimpiya, dünya və Avropa çempionu Radik İsayev finala kimi irəliləsə də, həlledici döyüşdə ispaniyalı İvan Qarsiya Martinezə məğlub olaraq yarışı gümüş medalla başa vurub. Bu isə komandanın turnirdə artıq ikinci medalıdır. İlk yarış günü millinin lider idmançılarından olan Milad Hərçəqani qızıl medal qazanıb.



Xatırladaq ki, böyüklər arasında yarışlar bu gün davam edəcək.

Digər xəbərlər