Millimizdən rəqibinə dərs

Millimizdən rəqibinə dərs
Futzal, Futbol
05 Mart 2021 - 21:25
Azərbaycanın futzal milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti qələbəsini qazanıb.

Supersport.Az xəbər verir ki, martın 4-də Bakı İdman Sarayında Moldova yığması ilə qarşılaşan millimiz 5:1 hesabı ilə qalib gəlib.

Bolinhanın dubl etdiyi oyunda yığmamızın digər qollarını Fineo de Araujo, Rizvan Fərzəliyev və Hadi Əhmədi vurublar.

Millimiz seçmə mərhələ çərçivəsində doğma meydanda Slovakiyanı 4:1, səfərdə isə Yunanıstanı 3:0 hesabı ilə məğlub edib. Hesabında 9 xal olan Azərbaycan millisi turnir cədvəlinin vahid lideridir.

Digər xəbərlər