Tokio Olimpiadası təxirə salındı - 1 il

Tokio Olimpiadası təxirə salındı - 1 il
Olimpiya, Digər
24 Mart 2020 - 16:37
Supersport.Az-ın məlumatına görə, dünyada koronavirusun vüsət alması səbəbindən Tokio-2020 Yay Olimpiya Oyunları təxirə salınıb.

Bu haqda Yaponiya baş naziri Şinzo Abe Beynəlxalq Olimpiya Komitəsilə razılığa gəldiklərini bildirib. Tokio Olimpiadası 1 il təxirə salınıb. Yaponiyanın təklifinə bir gün sonra BOK prezidenti Tomas Baxdan müsbət cavab gəlib. "Tokio-2020"nin iyulun 24-dən avqustunda 9-dək keçirilməsi nəzərdə tutulsa da, təxirə salınmaqla 1 il sonra bu tarixlərdə keçiriləcək. Bu qərardan əvvəl Böyük Britaniya, Avstraliya və Kanada məlum səbəbdən olimpiadaya qatılmadan imtina etmişdi.

Xatırladaq ki, bundan əvvəl UEFA "Avro-2020"nu 1 il müddətinə təxirə salıb.

Digər xəbərlər