İki boksçumuz lisenziya turnirinə qələbə ilə başladı

İki boksçumuz lisenziya turnirinə qələbə ilə başladı
Digər, Boks
15 Mart 2020 - 14:57
Böyük Britaniya paytaxtı Londonda boks üzrə Avropa Olimpiya Təsnifat Turnirinə start verilib.

Supersport.Az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxıb.

Boksçularımızdan Tayfur Əliyev (57 kq) Bişara Sabbarla (İsrail) üz-üzə gəlib. Döyüş təmsilçimizin aşkar üstünlüyü ilə keçib. Avropa Oyunlarının mükafatçısı rəqibini 5:0 (30:27, 30:25, 30:26, 30:27, 30:25) hesabı ilə məğlub edib.

Boksçumuz 1/8 finalda Edqaras Skurdelislə (Litva) qarşılaşacaq. Görüş martın 16-da olacaq.

Tayfur Əliyev kimi, Kamran Şahsuvarlı da yarışa qələbə ilə başlayıb. 75 kq çəki dərəcəsində mübarizə aparan həmyerlimiz 1/32 finalda Edin Avdiçdən (Avstriya) güclü olub – 4:1 (28:29, 29:28, 29:28, 30:27, 29:28).

O, 1/16 finalda dünya və Avropa çempionu, həmçinin Avropa Oyunlarının qalibi ukraynalı Aleksandr Xijnyakla döyüşəcək. Bu qarşılaşma da martın 16-da keçiriləcək.

Qeyd edək ki, turnirin ikinci günündə daha iki boksçumuz mübarizəyə qoşulacaq. Cavid Çələbiyev (63 kq) Kiril Rusinovla (Bolqarıstan), Rauf Rəhimov (91 kq) Mücahit İlyasla (Türkiyə) üz-üzə gələcək.

Digər xəbərlər