"Qarabağ"dan irəli, "Neftçi"dən geri addım

"Qarabağ"dan irəli, "Neftçi"dən geri addım
Futbol
24 Fevral 2020 - 21:00
Supersport.Az xəbər verir ki, Football World Rankings portalı ən yaxşı klublarla məşqçilərin yeni reytinqini açıqlayıb.

Dünyanın 1000 komandası sırasında Azərbaycanın yeddiqat çempionu "Qarabağ" 1 pillə irəliləyərək, 1054 xalla 609-cudur.

Məşqçilərin siyahısında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov üç pillə irəliləyib. Təcrübəli mütəxəssis 565-cidir.

Ölkənin səkkizqat birincisi "Neftçi" 818 xalla 3 pillə geriləyərək, 681-ci yerə düşüb.

Klubların reytinqində ilk "üçlük" olduğu kimi qalıb:

1."Liverpul" (İngiltərə, 15727 xal), 2."Barselona" (İspaniya, 14597 xal), "River Pleyt" (Argentina, 12816 xal).

Məşqçilərin siyahısında "Liverpul"un alman baş məşqçisi Yürgen Klopp 15727 xalla liderdir. "River Pleyt"in əsas çalışdırıcısı Marselo Daniel Qallardo (12816 xal) bir pillə irəliləyərək ikincidir. "Barselona"nın keçmiş baş məşqçisi Ernesto Valverde (12666 xal) üçüncü pilləyə düşüb.  

Digər xəbərlər