Ramil Şeydayev yenə ehtiyatda qaldı

Futbol
17 Sentyabr 2019 - 09:09
Rusiya Premyer Liqasında 9-cu tura yekun vurulub.
Supersport.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Dinamo" klubu evdə azərbaycanlı futbolçu Azər Əliyevin oynadığı "Ufa"nı qəbul edib. Matç 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Son iki turda meydana çıxmayan Ramil Şeydayev bu matçda da ehtiyatda qalıb. "Ufa"nın cinah futbolçusu Azər Əliyev də ehtiyatda olub və şans qazanmayıb.
"Ufa" 11 xalla 9-cu, "Dinamo" 10 xalla 11-cidir.