Ramil Quliyev birinci, Nazim Babayev ikinci oldu - Şəkil

Ramil Quliyev birinci, Nazim Babayev ikinci oldu - Şəkil
Atletika, Digər, Foto
17 Sentyabr 2019 - 00:45
Antalyada ulduz idmançıların iştirakıyla "Gloria Kuboku" keçirilib.

Mötəbər yarışda 21 ölkənin 71 atleti 10 növdə mübarizə aparıb.

Türkiyəni təmsil edən azərbaycanlı dünya və Avropa çempionu Ramil Quliyev növbəti dəfə çempion olub.

Tanınmış atlet 200 metr məsafəni 20.08 saniyəyə qət edərək finişə birinci çatıb. Ukraynalı Sergey Smelik (20.36 san) ikinci, niderlandlı Çurandi Martina (20.60 san) üçüncü yeri tutub.

Ramil ötən il bu yarışda 20.55 saniyəylə qalib olmuşdu.

Üçtəkanla tullanmada Türkiyə idmançısı Necati Erdən (16.56 m) sonra Azərbaycanın təmsilçisi Nazım Babayev (16.55 m) ikinci olub. Finlandiyalı Simo Lipsanen (16.48 m) üçüncü yerlə kifayətlənib.

Ramil Quliyev 500, Nazim Babayev 300 avroya sahib çıxıb.

Mükafatları Türkiyə Atletika Federasiyasının vitse-prezidenti Mustafa Yasin Taş, "Gloria Sports Arena"nın rəsmisi Elif Özdemir və başqa şəxslər təqdim edib.

 

Digər xəbərlər