Rafaellə Firdovsi finalda uduzdu

Rafaellə Firdovsi finalda uduzdu
Karate, Digər
30 İyun 2019 - 22:04
Supersport.Az-ın məlumatına görə, Azərbaycan karateçiləri Rafael Ağayev və Firdovsi Fərzəliyev "Minsk 2019" II Avropa Oyunlarında ikinci olub.

75 kq çəkidə idmançımız R.Ağayev finalda ukraynalı Stanislav Horunaya 0:4 hesabla uduzaraq, gümüş medalla kifayətlənib. O, yarımfinalda rusiyalı Pavel Artamanova qalib gəlmişdi.

60 kq çəki dərəcəsində mübarizə aparan karateçimiz Firdovsi Fərzəliyev isə finalda latış Kalvis Kalninsə məğlub olub.

Beləliklə, Azərbaycan idmançıları II Avropa Oyunlarını 5 qızıl, 10 gümüş, 13 bürünc medalla başa vurub.

Digər xəbərlər