Avropa Oyunları: Çempionumuzdan əsgər salamı - Video

Avropa Oyunları: Çempionumuzdan əsgər salamı - Video
Digər, Güləş, Video, Foto
26 İyun 2019 - 21:08



Azərbaycanın sərbəst güləşçisi Mahir Əmiraslanov "Minsk 2019" II Avropa Oyunlarında ölkəmizə ilk qızıl medalı qazandırıb.

Supersport.Az-ın məlumatına görə, 57 kq çəkidə mübarizə aparan Əmiraslanov finalda Serbiya idmançısı Stevan Misiçi 9:1 hesabı ilə məğlub edərək "Minsk 2019" ikinci Avropa Oyunlarının çempionu olub.
İdmançımız bu zəfərlə ikinci Avropa Oyunlarında Azərbaycan yığmasının aktivinə ilk qızıl medalı yazdırıb. Hazırda yığmamızın hesabında 1 qızıl, 4 gümüş və 7 bürünc medal var.

Xatırladaq ki, M.Əmiraslanov (57 kq) 1/8 finalda bolqarıstanlı Georgi Vangelova 6:5 hesabı ilə qalib gələrək 1/4 finala vəsiqə qazanıb. 1/4 finalda Şimali Makedoniya təmsilçisi Vladimir Yeqorovu 4:0 hesabı ilə məğlubiyyətə uğradan güləşçimiz yarımfinalda Rusiya idmançısı Zavur Uquyev ilə qarşılaşıb. Yarımfinal görüşündə M.Əmiraslanov hesabda geri düşməsinə baxmayaraq, yüksək əzmkarlıq göstərərək görüşü qələbə ilə başa vurub – 3:2.

22 yaşlı Mahir Əmiraslanov bu ilin aprelində Rumıniyada keçirilən Avropa çempionatında bürünc medala sahib olub.

Digər xəbərlər