Ramil Quliyev: "Bütün fikrimdə olimpiya çempionu olmaqdır"
Atletika, Digər
22 İyun 2019 - 14:59
Supersport.Az-ın məlumatına görə, dünya və Avropa çempionu Ramil Quliyev yenidən iddialı açıqlamyla gündəmə gəlib.
Uğurları sıralayan tanınmış atlet, Qətərdə "Brilyant Liqa"sının qalibi olaraq Tokio Olimpiadasına vəsiqə qazanıb. İsveçdə yarışın üçüncü mərhələsində 200 metr məsafəni 20.40 saniyəyə qət edərək, 2-ci, İtaliyada dördüncü raunda 20.35 saniyəylə 4-cü olub.
Son olaraq Ramil, Mərakeşin paytaxtı Rabatda "Brilyant Liqa"sının 6-cı mərhələsində 200 metrdə 20.28 saniyə göstəriciylə ikinci yeri tutub.
28 yaşlı idmançı 4 yarışın nəticəsinə əsasən, 27 xalla liderdir. Ekvadorlu Alex Quinones 24 xalla ikincidir.
Ramil əvvəlcə Qətərdə yenidən dünya çempionu olmaq arzusunda olduğunu bildirib:
"Mövsümə yaxşı başlamışam və bunu davam etdirirəm. "Brilyant Liqa"sında 27 xalla liderəm. Yarışlarda yaxşı nəticələr qazanıram. Mənim üçün mühüm olan hər zaman yüksək səviyyədə hazırlıqlı olmadqır. "Brilyant Liqa"sında Lozanna, Paris və Brüssel mərhələləri var. Bu yarışlarda liderliyi qorumaq istəyirəm.
Məndən çox uğur gözlədiklərini yaxşı bilirəm. Milli komandanın formasıyla böyük məsuliyyətim olduğunu əla anlayıram. Yenə zirvədə olmaq istəyirəm. Mənim üçün yarışların uzaq və yaxında olmasının fərqi yoxdur, iştirak edirəm. Bütün fikrimdə olimpiya çempionu olmaq hədəfi var".