Millimiz İtaliyada

Millimiz İtaliyada
Digər, Taekvondo
07 İyun 2019 - 09:28
Böyüklərdən ibarət taekvondo milli komandamız İtaliyada keçiriləcək Qran-Pri turnirinə yollanıb.

Supersport.Az-ın məlumatına görə, 7-9 iyun tarixlərində Roma şəhərində baş tutacaq yarışda ölkəmiz üç idmançı ilə təmsil olunacaq.

İtaliyada startı veriləcək Qran-Pri turniri davamlı olaraq Yaponiya, Bolqarıstan və Rusiyada təşkil ediləcək.

G4 dərəcəli beynəlxalq yarışlarında baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun sərəncamında olan idmançılardan 58 kq çəki dərəcəsində Qaşım Maqomedov, Ramin Əzizov (-87 kq) və Fəridə Əzizova (67 kq) mübarizəyə qatılacaq.

Qeyd edək ki, turnirin qalibi reytinq xallarını 40 xal artırmış olacaq.

Digər xəbərlər