"Məni "Neftçi" düşündürür, "Qarabağ" yox"

"Məni "Neftçi" düşündürür, "Qarabağ" yox"
Futbol
31 Mart 2019 - 00:30
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının 22-ci turunda "Keşlə"ni məğlub edən "Neftçi"nin italiyalı baş məşqçisi Roberto Bordin oyunu şərh edib.

"Bura gəlməzdən əvvəl bilirdik ki, bizi çətin oyun gözləyir. Meydança amilini səbəb kimi göstərmək istəmirəm, çünki süni ot örtüyündə oynamaq hər iki komandaya pis təsir edirdi. Bunu bilirdik, hazır gəlmişdik. Rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratdıq, amma top qapıdan keçmirdi. Sona yaxın penalti qazanıb hesabı açdıq. Penalti komandamızın göstərdiyi oyuna görə hədiyyə kimi oldu. Futbolçularımızı qələbə münasibətilə təbrik edirəm".

Sonra baş məşqçi jurnalistlərin suallarını cavablandırıb: "Meydança amili oyunu daha da çətinləşdirirdi. Çünki topla istənilən kimi rəftar etmək olmurdu. Təbii ki, bu, hər iki komandaya təsir göstərdi. Çətinliyə baxmayaraq komandamız qol vurmağa cəhd etdi. Sonda ədalətli penalti qazandıq və qol vurub qalib gəldik. Deməzdim ki, Mirbadulla Abbasov həvəssiz idi, əksinə, həm hücumda, həm də müdafiədə faydalı oldu, hətta qol vurması üçün fürsət də yarandı. Çempionatın hər oyunu çətin keçir. Hər bir komanda xal itirə bilər. "Qarabağ"ın xal itirib, itirməyəcəyini deyə bilmərəm. Mən yalnız öz komandam haqda düşünürəm. Bu gün qələbə qazanmışıq, bunu qeyd etməliyik".

Digər xəbərlər