Şehiç 343 gün dözdü

Futbol
02 Aprel 2018 - 12:59
"Qarabağ"ın Premyer Liqada evdəki "quru seriya"sı qırılıb.
Supersport.Az xəbər verir ki, bu, hesabat turunda "Keşlə"ylə "Azərsun Arena"da 1:1 hesabı ilə nəticələnən matçda reallaşıb.
Rəqibin sol cinah müdafiəçisi Slavik Alxasov 34-cü dəqiqədə Bosniya və Herseqovina yığmasının qapıçısı İbrahim Şehiçi topu tordan çıxarmağa məcbur edib.
Lider bunadək çempionatda sonuncu dəfə öz meydanında hələ ilk dövrədə - VI turda "Sumqayıt"a 4:1 hesabı ilə qlaib gəldiyi matçda öz qapısından top buraxmışdı. Bu, 8-ci dəqiqədə hesabı açan Bəxtiyar Həsənalızadəylə reallaşmışdı.
Ancaq fərq ondadı ki, bu müdafiəçi Tofiq Bəhramov adına Respublika stadonunda keçirilən matçda "Qarabağ"ın ukraynalı qapıçısı Anton Kanibolotskini məyus etmişdi.
Ağdamlıların cari çempionatda "Azərsun Arena"da buraxdığı sonuncu qol isə daha öncəyə təsadüf edib. Bu, III turda, ötən ilin avqustun 26-da "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri matçdı.
Onda matçın 69-cu dəqiqədə rəqibin fransalı hücumçusu Stiven Monroz "Qarabağ"ın qapısına yol tapmışdı. Həmin matçda da "çərçivə"də Kanobolotski idi. Bu, "Qarabağ"ın öz stadionunda buraxdığı ilk qol olub.
Şehiçli komanda isə "Azərsun Arena"da sonuncu dəfə ötən çempionatın XVII turunda - aprelin 23-də "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada qol buraxıb. Bu, 83-cü dəqiqədə Amil Yunanovla gerçəkləşib. Beləliklə, Şehiç 343, "Azərsun Arena" 318 gün sonra məyus olub.