Cengizsiz "Roma" xal itirdi

Cengizsiz "Roma" xal itirdi
Futbol
31 Mart 2018 - 18:22
Supersport.Az-ın məlumatına görə, İtaliya çempionatının 30-cu turunda "Roma" səfərdə "Boloniya" ilə oyunda xal itirib. Qarşılaşma qollu bərabərliklə başa çatıb. "Boloniya"da Pulqarın qoluna "Roma"dan Əl-Şəravinin əvəzinə meydana çıxan bosniyalı Edin Dzeko cavab verib. Nainqqolan 17-ci dəqiqədə xəsarət alaraq yerini Gersona buraxıb. "Roma"nın gənc ulduzu Cengiz Ündər, zədəli olduğu üçün oyunda iştirak etməyib.

Bu nəticənin ardından Roma klubu 3 matç sonra xal itirib və 60 xalla 3-cü pillədədir. "Boloniya" ardıcıl iki oyunda heç-heçə ilə 35 xalla 11-ci yerdə qalıb.

İtaliya çempionatının 31-ci turunda "Roma" "Fiorentina"nı qəbul edəcək.

Digər xəbərlər