Gökdəniz Qaradənizdən vida açıqlaması

Gökdəniz Qaradənizdən vida açıqlaması
Futbol
31 Mart 2018 - 17:03
Supersport.Az-ın məlumatına görə, "Trabzonspor"dan ayrılıb 10 ildir "Rubin"də forma geyən Gökdəniz Qaradəniz futbol karyerasını başa vurmaq qərarın gəlib.

Türk futbolçunun mövsümün sonunda klubla müqaviləsi bitəcək və o, yeni kontrakt haqda düşünmür.

G.Qaradəniz, sosial şəbəkədə "Artıq tədricən sona yaxınlaşıram" ismarıcında futboldan ayrılmaq siqnalını verib.

Qeyd edək ki, 38 yaşlı "Trabzonspor", 10 il "Rubin"də çıxış edib, Türkiyə yığmasında 50 oyunda 6 qol vurub.

Digər xəbərlər