"Atletiko" Bakıya gəlir: "Azərbaycan bizi gözləyir" - Fotolar

"Atletiko" Bakıya gəlir: "Azərbaycan bizi gözləyir" - Fotolar
Futbol, Foto
16 Oktyabr 2017 - 17:04
Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"la keçiriləcək oyun üçün "Atletiko" səfərə çıxıb.

Supersport.Az-ın xəbərinə görə, Madrid təmsilçisini Bakıya gətirən təyyarə bir qədər əvvəl havaya qalxıb.

Klubun rəsmi Tvitter səhifəsində səfər öncəsi bu cür paylaşım edilib: "Azərbaycan bizi gözləyir. La Liqadan Çempionlar Liqasına dönüş. Gedirik!"

Qeyd edək ki, "Qarabağ" – "Atletiko" qarşılaşması oktyabrın 18-də Bakı Olimpiya Stadionunda keçiriləcək.



Digər xəbərlər