AFFA-nın bərbad işi: "Qarabağ" - "Atletiko" oyununa maraq azdır

AFFA-nın bərbad işi: "Qarabağ" - "Atletiko" oyununa maraq azdır
Futbol
15 Oktyabr 2017 - 20:56
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasının qrup mərhələsinin üçüncü turunda keçiriləcək "Qarabağ" - "Atletiko" oyununa maraq istənilən səviyyədə deyil.

Qarşılaşmaya 35 min satılıb. Bundan əvvəl "Qarabağ" - "Roma" matçına böyük maraq vardı, Bakı Olimpiya Stadionunda 67 min 200 yer üçün satışa çıxarılan bütün biletləri fanatların aldığı bildirilmişdi. Lakin AFFA tərəfindən təşkilatçılıq bərbad olduğundan azarkeşlər gələrkən və qayıdarkən ciddi problemlərlə üzləşdi. Stadionun qarşısında sel axması, avtobus çatışmazlığı fanatları pis vəziyyətə saldı. AFFA-nın yarıtmaz fəaliyyətinin nəticəsi olaraq jurnalistlər də probemlərlə qarşılaşdı. Stadionda lazımı şərait olmadığından yağış media nümayəndələrini də islatmışdı, kompüterlə çalışmaq müşkül oldu, internet də bərbad idi.

Göründüyü kimi, "Qarabağ" - "Atletiko" oyununa diqqət ürəkaçan səviyyədə deyil. Beşqat Azərbaycan çempionu azarkeşləri komandaya dəstək olmağa çağırıb.

Azarkeşlər satış məntəqələrinə yaxınlaşaraq, birbaşa biletləri əldə edə bilər, onlayn bilet alan fanatlar isə qeyd olunan satış məntəqələrində vaueçerlərini biletlə dəyişdirə bilərlər.

Satış məntəqələri:

"Gənclik mall" və "28 mall"
"Park Bulvar" (Qarabağ FK Fan-şop)
M. Rəsulzadə, 3 (Azərb. k/t yaxınlığı) Bül-bül prospekti
Heydər Əliyev Sarayının kassası
Asan Xidmət mərkəzləri
Nizami küç. (Nizami k/t yaxınlığı)
Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası)

 

Digər xəbərlər