"Çelsi"nin baş məşqçisi: "Çalışmalıyıq, çalışmalıyıq, yenə də çalışmalıyıq"

"Çelsi"nin baş məşqçisi: "Çalışmalıyıq, çalışmalıyıq, yenə də çalışmalıyıq"
Futbol
15 Oktyabr 2017 - 15:39
Supersport.Az-ın məlumatına görə, Çempionlar Liqasında "Qarabağ"ın rəqibi "Çelsi" "Kristal Palas"a məğlub olduqdan sonra baş məşqçisi Antonio Konte açıqlama verib.

İtaliyalı mütəxəssis komandasının səhvlərdən nəticə çıxarmağının vacibliyini bildirib:

"Oyunda 3 aparıcı futbolçumuz iştirak edə bilmədiyindən çətinlik oldu. Bu, çox təsirli məğlubiyyətdir. Biz daim inkişaf etməliyik, hər matçda da. Bu mövsüm çox ağır keçəcək. Mən çox narahatam, məğlub olmağı sevmirəm. Oynadığmız futbolda sabitlik olmalıdır, ancaq indi bunu görmədim. Rəqib komandada inanılmaz istək və mübarizlik gördüm. Yeganə fikrim odur ki, çalışmalıyıq, çalışmalıyıq, yenə də çalışmalıyıq. İndi özünə haqq qazandırmaq vaxtı deyil".

Digər xəbərlər