Kamran Ağayevdən biabırçı səhvlər - Video

Kamran Ağayevdən biabırçı səhvlər - Video
Futbol, Video
27 Avqust 2017 - 22:22



Çexiya çempionatının 5-ci turunda Azərbaycan yığmasının qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" səfərdə "Slaviya" qarşısında aciz qalıb.

Qolkiperin biabırçı səhvlərə yol verdiyi oyunda komandası 0:4 hesabıyla məğlub olub.

Debüt matçında start heyətdə meydana çıxıb 90 dəqiqə oynayan Kamran, xüsusilə son iki qolda buraxdığı kobud səhvlərlə özünü biabır edib. Üçüncü qol isə məhz avtoqol kimi Ağayevin adına yazılıb.

Geridə qalan turlarda cəmi 1 xal toplayan "Mlada Boleslav" 16 klub arasında 15-ci pillədə qərarlaşıb.




 

 

 

 

 

 

 

 

Digər xəbərlər