"Qarabağ"ın keçmiş futbolçusu yenidən Portuqaliyada

Futbol
09 Avqust 2017 - 10:49
Supersport.Az-ın məlumatına görə, "Qarabağ"ın sabiq futbolçusu Danilo Dias karyerasını yenidən Portuqaliyada davam etdirəcək.
"Unian Madeyra" klubu 31 yaşlı yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalayıb.
Braziliyalı futbolçu 2015-2016 mövsümündə də bu komandada çıxış edib. Klub hazırda Portuqaliyanın 1-ci divizionunda mübarizə aparır.
Qeyd edək ki, Danilo Dias "Qarabağ"da 2014-2015 mövsümündə oynayıb.