İslamiadada Azərbaycan idmançısının 4-cü çempionluğu

İslamiadada Azərbaycan idmançısının 4-cü çempionluğu
İslamiada-2017, Digər, Atıcılıq
16 May 2017 - 15:48
Supersport.Az-ın məlumatına görə, Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında dördüncü qızıl medalını qazanıb. Atıcı kişilər arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəş açma yarışında qalib gələrək 240.7 xalla birinci olub. Sonrakı iki yeri türkiyəli Yusuf Dikec və pakistanlı Muhammad Şehzad Aktar tutub.
Digər idmançılarımız Rəsul Məmmədov və Tahir Ağazadə isə təsnifat mərhələsində mübarizəni dayandırıblar.

Xatırladaq ki, Ruslan Lunyov Azərbaycan yığma komandasına IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı qazandırıb. İlk olaraq 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olan Ruslan Lunyov, ardından 25 metr məsafədən tapança ilə sürətli atəşaçma yarışında qalib gəlib.
Ruslan Lunyov üçüncü qızıl medalını 25 metr məsafədən standart tapança ilə atəşaçma yarışında 573 xal toplayaraq qazanıb.

Digər xəbərlər