İslamiada: Millimiz qələbə ilə başladı

İslamiada: Millimiz qələbə ilə başladı
Digər, Həndbol
09 May 2017 - 18:00
Mayın 9-da qadın həndbolçulardan ibarət Azərbaycan millisi “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk matçına çıxıb.

Supersport.Az xəbər verir ki, günün son oyununda Azərbaycan milli komandası Kamerun yığması ilə qarşılaşıb.

“Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən qarşılaşmanın ilk hissəsi 16:14 hesabı ilə millimizin xeyrinə yekunlaşıb. Matçın ikinci hissəsində də üstünlüyü əldən verməyən komandamız İslamiadaya qələbə ilə başlayıb - 28:26.

Matçı ruminiyalı hakimlər briqadası idarə edib.

Digər xəbərlər