"Futbolçularıma irad bildirmirəm” - Roman Qriqorçuk

"Futbolçularıma irad bildirmirəm” - Roman Qriqorçuk
Futbol
28 Fevral 2017 - 19:44
Oyunda hər şey gözlənildiyi kimi oldu. Futbol üçün yararsız meydanda oynadıq”.  Supersport.Az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.

 

Premyer Liqanın XX turunun “Kəpəz” – “Qəbələ” oyunundan (1:1) sonra “qırmızı-qaralar”ın ukraynalı çalışdırıcısı qarşılaşmanı şərh edib. O meydan amilindən şikayətlənib: “Burada futbol oynamaq mümkün deyil. Müxtəlif primitiv variantlar fikirləşmək lazımdı. Ümumilikdə oyunçularımdan razı qaldım. Onlarla fəxr edirəm. Qalib gələ bilməmələrinin isə obyektiv səbəbləri vardı. Gəncədəki oyunlar AZAL və “İnter”in meydanındakı matçlara bənzəyir. Biz bu meydanlarda da qalib gəlməyə çalışırıq. Amma bizim nümayiş etdirdiyimiz kombinasiyalı oyun belə meydanlarda alınmır. Bizə hansı yollasa qalib gəlmək lazımdı. Meydan amilinin rolu olan bu qarşılaşmalar istisnadı ki, orda “Qəbələ” öz oyununu göstərə bilmir. Bu üzdən üzülmür, futbolçularıma irad bildirmirəm”.
Qriqorçuk hər iki komanda üzvlərinin qırmızı aldığı epizod, həmçinin “qırmızı-qaralar”ın çempionluq imkanları haqda da fikirlərini bildirib: “Futbolçuların qırmızı vərəqə aldığı epizodda nə baş verdiyini görmədim. Nika Kvekveskirinin mənə dediyinə görə, rəqibin təxribatına cavab verməyib. Əgər belədirsə, o, qırmızı almamalı idi. İstəyimizə gəlincə, təbii ki, çempion olmaq istəyirik. Ancaq görürəm ki, bu bizə asan olmayacaq. Hakim səhvləri üzündən çox xallar itirmişik. Amma bu vəziyyətdə də çempionluq üçün mümkün olan hər şeyi edəcəyik. Biz bu istəyimizə çatmaq üçün bacarığımızın hamısını ortaya qoyacağıq. Bizə mane olan məqamlar da var ki, bunlara rəğmən hədəfimizə doğru irəliləyəcəyik. Bu gün 2 xal itirsək də, bu vəzifənin öhdəsindən gəlməyə çalışacağıq”. (gabalafc.az)

Digər xəbərlər