Fevralın 25-dən martın 5-dək Rusiyanın Həştərxan şəhərində kişilər arasında həndbol üzrə beynəlxalq turnir keçiriləcək.
Supersport.Az xəbər verir ki, turnirdə milli komandamız da iştirak edəcək.
Beynəlxalq turnirdə iştirakın əsas məqsədi yığma komandamızın IV İslam Həmrəyliyi Oyunlarına yüksək səviyyədə hazırlaşmasıdır.