AĞABALA RAMAZANOV: "CAVABLARINI ALDILAR"

AĞABALA RAMAZANOV: "CAVABLARINI ALDILAR"
Futbol
09 Oktyabr 2016 - 13:43
Milli komandamızın hücumçusu Ağabala Ramazanov DÇ-2018-in seçmə mərhələsində Norveçi 1:0 hesabı ilə məğlub etdikləri görüşdən sonra Supersport.Az-ın müxbirinin suallarını cavablandırıb
- Oyun haqqında nə düşünürsən?

- Matça ciddi hazırlaşmışdıq. Bizim üçün vacib olan üç xalı qazandıq. Bütün komanda olaraq yaxşı mübarizə apardıq.

- Ötürmələr zamanı səhvlərə yol verilirdi...

- Deməzdim ki, çox səhvimiz oldu. Oyunumuz əsasən müdafidə olduğu üçün əks hücuma atılarkən anlaşmazlıq yaranırdı.

- Stadionun ot örtüyü sizi qane etdi?

- Bərbad deməzdim, ancaq yumşaq idi. Dəmir buts geyinsən belə, adam sürüşürdü.

- Qarşıda Çexiya ilə səfərdə çətin oyun var...

- Çexiya oyununa yaxşı əhval-ruhiyyə ilə gedirik. Çalışacağıq ki, ordan da ən yaxşı nəticə ilə dönək.

- İlk qoldan sonra xeyli qol epizodlarını əldən verdiniz.

- Oyunumuzu müdafiədən qurduğumuz üçün çətin olurdu. Əks hücumda 60 metr məsafə qət edirdik. Rəqibin iki-üç müdafiəçisini tək keçib nəsə etmək lazım idi. Qol vurduğumuz epizodda da Maksimə ötürməni mən verdim. Bizim oyunumuz əks hücum üzərinə qurulmuşdu. Daha çox mənim cinahımdan əks hücuma çıxırdıq deyə, oyun boyu yük mənim üzərimə düşmüşdü.

- Rəqib öncədən bizə yuxarıdan aşağı baxırdı...

- Cavablarını aldılar (gülür).

Digər xəbərlər