Azərbaycan dünya çempionatında medalsız qaldı

Digər
04 İyun 2023 - 15:51
Supersport.Az-ın müxbiri xəbər verir ki, Bakıda keçirilən taekvondo üzrə dünya çempionatı bu gün başa çatacaq.
Qadınlarda 53 kq, kişilərdə +87 kq çəki dərəcələrində Azərbaycan millisinin iki idmançısı da mübarizəyə qoşulub.
Həmidrza Bədriəliabadi 1/16 finalda malili Nouhum Diavaraya 2:1 hesabıyla qalib gəlib. Təmsilçimiz 1/8-də fransalı Omar El Yazidini udsa (2:1) da, növbəti mərhələdə türk idmançı Emre Ateşliyə uduzaraq yarışla vidalaşıb. Türkiyəli idmançı 2:1 hesabıyla üstün olub.
Səmərrux Osmanova 1/16 finalda livanlı Mariella Bou Habibə 1:2 uduzaraq, mübarizəni dayandırıb.
Qeyd edək ki, dünya çempionatında 13 idmançımızdan heç biri medal qazana bilməyib.