Pep Qvardiola: “Çempionlar Liqası kubokunu indi düşünmək olar”

Pep Qvardiola: “Çempionlar Liqası kubokunu indi düşünmək olar”
Futbol
03 İyun 2023 - 23:59
Supersport.Az xəbər verir ki, Pep Qvardiola İngiltərə Kubokunu qazanan "Mançester Siti"nin qələbəsindən məmnun qalıb.

"Mançester Siti" finalda "Mançester Yunayted"i 2:1 hesabı ilə məğlub edib.

“İndi üçüncü titul haqqında danışmaq olar. Təbii ki, biz hələ Çempionlar Liqasını qazanmalıyıq. Amma biz yaxşı oynadıq - şəhərimiz və azarkeşlər üçün. Rəqibin bu qədər möhkəm müdafiə olunacağını gözləmirdik. Ancaq ikinci hissədə daha çox boşluq oldu.

Sabah və o biri gün futbolçular istirahət edəcək. Sonra “İnter”lə oyuna hazırlaşmaq üçün üç-dörd məşqimiz olacaq. Cümə axşamı səhər məşqdən sonra yola çıxacağıq.

Bugünkü qələbə bizim üçün önəmlidir. İngiltərə Kuboku çox gözəldir. Mən “Barselona” azarkeşiyəm, amma qalan günlərimdə “Man City”ni sevəcəyəm. Bu gün biz azarkeşlərə oyundan həzz almaq üçün yaxşı hədiyyə verdik” - deyə, baş məşqçi Pep Qvardiola bildirib.

Digər xəbərlər