"Veteranlar" finalda PFL-i məğlub etdi - Video

Futbol, Eksklüziv, Video
26 May 2023 - 20:35
Bakı Olimpiya Stadionunda AFFA-nın təşkilatçılığı ilə Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş miniturnir keçirilib.
Yarışda AFFA, PFL, Klublar, Hakimlər, Veteranlar, Media, Könüllülər, SOCAR, BOS və Partnyorlardan ibarət 10 komanda mübarizə aparıb.
Hər qrupda 5 komanda olmaqla 2 qrupda oyunlar keçirilib.
Superport.Az qruplarında birinci yeri tutan PFL və Veteranlar komandaları final oyununu videogörüntüyə alıb. Rəqibini 6:2 hesabı ilə məğlub edən "Veteranlar" turnirin qalibi olublar.