Muhamməd Salah üzr istədi: "Darmadağın oldum"

Muhamməd Salah üzr istədi: "Darmadağın oldum"
Futbol, Video
26 May 2023 - 11:00
Supersport.Az xəbər verir ki, "Liverpul"un aparıcı futbolçusu Muhamməd Salah İngiltərədə uğursuzluq səbəbindən Çempionlar Liqasından kənarda qaldıqlarına görə üzr istəyib.

"Mən tamamilə darmadağın oldum. Bunun üçün heç bir bəhanə yoxdur və haqq qazandrıma ola bilməz. Çempionlar Liqasına vəsiqə qazanmaq üçün lazım olan hər şeyə sahib idik. Ancaq uğursuz olduq. Biz Liverpulluyuq və bu turnirə vəsiqə qazanmaq minimum hədəfdir. Üzr istəyirik, amma bu dəfə belə oldu".

Qeyd edək ki, "Mançester Yunayted" Premyer Liqanın 32-ci turunun təxirə salınmış matçında "Çelsi"ni darmadağın edərək (4:1) ilk dördlüyə vəsiqə qazanıb. "Liverpul" mövsümün sonunda Çempionlar Liqasına vəsiqə şansını itirib.

 

Digər xəbərlər