Amerika yarımfinalda

Amerika yarımfinalda
Digər
25 May 2023 - 21:05
Supersport.Az xəbər verir ki, ABŞ yığma komandası buz hokkeyində dünya çempionatının yarımfinalının ilk iştirakçısı olub.

Bu gün Finlandiyanın Tampere şəhərində amerikalılar 1/4 finalda Çexiyaya 3:0 (1:0, 1:0, 1:0) hesabı ilə qalib gəliblər. Qolları Mett Koronato (13-cü dəqiqə), Nikolas Perbiks (29) və Katter Qotye (50) vurub.

Bu görüşdə Amerika seçmə komandasının qapısını Keysi Desmit qoruyub.

Digər xəbərlər