Supersport.Az-ın müxbirinin məlumatına görə, hazırda “Sərhədçi” İdman Mərkəzində Azərbaycan Basketbol Liqasının final seriyasında keçirilən “Sabah” – “Gəncə” oyununu tanınmış sima, elm və təhsil naziri Emin Əmrullayev də canlı izləyir.
Nazir Emin Əmrullayev, iki ildən çoxdur ki, Azərbaycan Basketbol Federasiyasının prezidentidir. Onun quruma rəhbər gəlməsindən sonra basketbolumuzda sürətlə dirçəliş, inkişaf dövrü gedir.
Anar Cəfərsoy