Dünya çempionatında qalmaqal - Kolumbiya prezidenti: "Fələstin bayrağı qadağan deyil"

Dünya çempionatında qalmaqal - Kolumbiya prezidenti: "Fələstin bayrağı qadağan deyil"
Futbol
23 May 2023 - 20:03
Supersport.Az-ın məlumatına görə, Argentinada təşkil olunan FİFA U20 dünya çempionatının qrup mərhələsinin  Kolumbiya - İsrail oyununda fələstinli azarkeş saxlanılıb.

İdmanda Zorakılığın Qarşısının Alınması Agentliyinin (APREVIDE) açıqlamasında, tribunada Fələstin bayrağını açan kolumbiyalı tərəfdar Michael Andres Patino Cifuentesin həbs olunduğu bildirilib.

APREVIDE məlumat yayıb ki, kolumbiyalı tərəfdar "rəqib tərəfdarlarını təxribat və zorakılığa təşviq etmək" ittihamı ilə saxlanılıb.

Kolumbiya - İsrail matçı davam edərkən Fələstin bayrağını qarşı tərəfə göstərən kolumbiyalı tərəfdarla israillilər arasında gərginlik yaranıb.

Sosial mediada şəkillərdə iki tərəf arasında dava olduğu görünür.

Kolumbiya prezidenti Qustavo Petro matçın görüntülərini Twitter hesabında paylaşaraq, "Kolumbiya üçün Fələstin bayrağının açılması qadağan deyil" ifadəsini işlədib.

Qeyd edək ki, Argentinanın La Plata şəhərindəki Dieqo Armando Maradona stadionunda keçirilən qrup matçında Kolumbiya İsraili 2:1 hesabı ilə məğlub edib.

Mayın 20-dən iyunun 11-dək davam edəcək U-20 dünya çempionatında 24 ölkə iştirak edir.

FIFA, İsrailə qarşı çıxdığı üçün bu yarışın təşkilatçılığını İndoneziyadan alaraq Argentinaya vermişdi.

Digər xəbərlər