Millidə yeni kapitan

Millidə yeni kapitan
Futbol
23 Mart 2023 - 22:43
İspaniya millisinin yeni kapitanı müəyyənləşib.

Supersport.Az xəbər verir ki, bu haqda "Relevo" məlumat yayıb. Millinin kapitanı Alvaro Morata olacaq.

Yeni baş məşqçi Luis de la Fuente kapitanları millidə ən çox oyun keçirən futbolçular arasından seçir. Avro-2024-ün seçmə mərhələsində Norveç (25 mart) və Şotlandiya (28 mart) ilə oyunlara çağırılan futbolçulardan Morata millidə ən çox oyun keçirən futbolçudur - 61.

İkinci və üçüncü kapitanlar isə “Mançester Siti”nin yarımmüdafiəçisi Rodri (39 oyun) və “Real”ın müdafiəçisi Dani Karvaxal (33) olacaq.

Digər xəbərlər