Qurban Qurbanov "Qalatasaray"la oyun ərəfəsində sualları cavablandıracaq

Futbol
23 Mart 2023 - 15:11
Supersport.Az Ağdam klubuna istinadən xəbər verir ki, martın 25-i saat 16:45-də Bakı Olimpiya Stadionunda Qurban Qurbanovun brifinqi keçiriləcək.
Saat 17:00-da isə "Qarabağ"ın mediaya açıq məşqi (ilk 15 dəqiqəsi) baş tutacaq.
Qeyd edək ki, qarşılaşma martın 26-da saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.