Millimiz albanlara uduzdu

Millimiz albanlara uduzdu
Futbol
23 Mart 2023 - 20:44
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

Supersport.Az xəbər verir ki, Albaniyanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı oyun 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatıb. Millimizin heyətində 46-cı dəqiqədə Camal Cəfərov fərqlənib.

U-21 növbəti yoldaşlıq oyununu martın 26-da Sloveniya yığmasına qarşı keçirəcək.

Digər xəbərlər