Supersport.Az-ın məlumatına görə, 22 mart tarixində Sərhədçi İdman Mərkəzində, basketbol üzrə Azərbaycan Kubokunun növbəti qrup oyunları baş tutub.
A qrupu : “Sabah” – “Sərhədçi” (97-92) Ən məhsuldar basketbolçular : “Sabah BK” (Fuad Niftəliyev – 26 xal, 7 asist), “Sərhəçi PİK” (Maykl Diqqins – 25 xal, 13 ribaund)
B qrupu : “NTD” – “Neftçi” (108-89) Ən məhsuldar basketbolçular: “NTD BK” (Quinton Kempbel – 15 xal, 3 ribaund ), “Neftçi İK” (Yuriy Kondrakov – 21 xal, 5 asist )
A qrupu : “Gəncə” – “AAAF Xırdalan” (91-65) Ən məhsuldar basketbolçular: “AAAF Xırdalan BK” (Deymon Makdouel – 30 xal, 6 ribaund ), “Gəncə BK” (Kollin Törner – 27 xal, 7 ribaund )
B qrupu : “Olimpik Şəki” – “Zirvə Astara” (69-94) Ən məhsuldar basketbolçular : “Zirvə Astara BK” (Ruşard Kruikşenk – 32 xal, 5 ribaund), “Olimpik Şəki BK” (Larri Robinson – 25 xal, 7 ribaund )
Qeyd edək ki, bu nəticələrdən sonra hərəyə iki qələbə qazanan “Gəncə” və “NTD” komandaları yarımfinala vəsiqəni təmin ediblər.