BOS "Qarabağ" - "Qalatasaray" matçına hazırdır - Foto

BOS "Qarabağ" - "Qalatasaray" matçına hazırdır - Foto
Futbol, Foto
22 Mart 2023 - 21:03
"Qarabağ" Türkiyənin "Qalatasaray" klubu ilə xeyriyyə matçında üz-üzə gələcək.

Supersport.Az xəbər verir ki, Bakı Olimpiya Stadionu qarşılaşmaya ev sahibliyi etməyə hazırdır. Bununla bağlı Ağdam təmsilçisinin sosial şəbəkə hesabları paylaşım edib: "Bakı Olimpiya Stadionu qardaşlıq oyununa hazırdır! Bəs siz biletinizi almısınız?"

Qeyd edək ki, "Qarabağ" - "Qalatasaray" görüşü martın 26-da saat 20:00-da keçiriləcək. Oyundan əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.


Digər xəbərlər