“Qarabağ” - “Qalatasaray” matçına bilet tükəndi
Futbol, Eksklüziv
22 Mart 2023 - 19:55
Supersport.Az-ın əldə etdiyi məlumata görə, martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ" - "Qalatasaray" xeyriyyə matçına biletlər tükənir.
Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bu haqda müxbirimizə məlumat verib.
O, bildirib ki, 62 min biletdən 59 mini satılıb. Qarşılaşma üçün 3, 5, 30 manatlıq biletlər qurtarıb.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunun tamaşaçı tutumu 68,700-dür.
Qarşılaşma martın 26-ı saat 20:00-da oynanılacaq.
Qardaşlıq oyunundan əldə olunacaq qazanc Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.