"Qalatasaray"la matç ərəfəsində "Qarabağ"a zədəsi sağalanlar da qoşuldu

"Qalatasaray"la matç ərəfəsində "Qarabağ"a zədəsi sağalanlar da qoşuldu
Futbol, Eksklüziv
21 Mart 2023 - 12:13
Supersport.Az-a daxil olan xəbərə görə, "Qarabağ" "Qalatasaray"la dostluq matçına 14 futbolçuyla hazırlaşır.

Bu məlumatı saytımıza açıqlamasında Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə təsdiq edib.

Komandanın 10 oyunçusu müxtəlif ölkələrin milli komandalarının heyətində məşqə qatılıblar.

Luka Quqeşaşvili, Marko Veşoviç, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev, Riçard Almeyda, Filip Ozobiç, Ramil Şeydayev və Musa Qurbanlı dostluq oyununda iştirak etməyəcək. Azərbaycan millisinə dəvət alan futbolçular yığmanın hazırlıq prosesinə qatılıblar.

Luka Quqeşaşvili Gürcüstan millisinə, Marko Veşoviç və Marko Yankoviç Monteneqro yığmasına Avro-2024-ün seçmə mərhələ matçları üçün dəvət alıblar.

"Qarabağ"ın "Qalatasaray"la qardaşlıq oyununun hazırlığına zədəsi sağalan futbolçular da qoşulub. Fransalı yarımmüdafiəçi Adama Diakabi məşqlərə başlayıb. Fransadan olan digər futbolçu Yassin Benzia tədricən komandanın hazırlığına qatılır. Qolkiper Şahruddin Məhəmmədəliyev də tam şəkildə olmasa da, məşqlərdə iştirak edir.

Əvəzedici heyətdən əsas komandaya bir neçə futbolçu cəlb olunub.

Hələ ki, başqa klublardan oyunçu dəvət edilməyib. Baş məşqçi Qurban Qurbanov oyuna 2-3 gün qalmış bununla bağlı qərar verəcək.

Xatırladaq ki, "Qarabağ" - "Qalatasaray" oyunu martın 26-da Bakı Olimpiya Stadionunda saat 20:00-da başlayacaq.

Qarşılaşmadan əldə olunacaq bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

 

Digər xəbərlər