"Qarabağ" azarkeşi yardım istədi - Foto

"Qarabağ" azarkeşi yardım istədi - Foto
Futbol, Foto
19 Mart 2023 - 21:01


"Qarabağ"ın xəstəlikdən əziyyət çəkən azarkeşi Zəfər Hacıbalayev üçün bir müddət əvvəl yardım kampaniyası başladılmışdı.

Supersport.Az xəbər verir ki, Təcili əməliyyata ehtiyacı olan fanat üçün lazım olan məbləğin böyük qismi toplanılıb. Məbləğin tam olmasına cəmi 2700 AZN qalıb.

Vəsaitin qısa zamanda yığılmasında, müalicə prosesimin maksimum tez zamanda başlaması üçün Zəfər futbol ictimaiyyətindən yardım istəyib. Azarkeşin paylaşımını təqdim edirik:

"Dostlar, xatırlayırsınızsa, bu yaxınlarda səhhətimlə bağlı bir kampaniya başladılmışdı.

Bilməyənlər üçün xatırlatmaq istəyirəm ki, serebral iflic və ağır dərəcəli skoliozdan əziyyət çəkirəm (profilimdə ətraflı olaraq özümü tanıtdığım, bu məsələ barədə danışdığım video müraciətim də var).

Bunlardan bəhs etmək, paylaşım etmək mənim üçün çox çətindi, ağırdı... Ən pisi isə odu ki, durumum günbəgün daha da ağırlaşır, ağrılar artır, nəfəsalmamda çətinliklər yaranıb, nəfəs darlığı, sanki boğulmalar baş verir.

Son vaxtlar yatarkən belə çox əziyyət çəkirəm, onurğamda, qabırğalarımda bəzən elə şiddətli ağrılar olur ki...

Bunu izah etməyə çətinlik çəkirəm. Səhhətim məni sınağa çəkir. Ancaq ümidliyəm, nikbinəm hər şeyə rəğmən, heç vaxt ümidimi, inamımı itirmədim bu illər ərzində, hər zaman güclü qalmağa çalışdım, güclü olmağı sevirəm.

Müalicəm və əməliyyatım üçün gərəkli olan məbləğin böyük əksəriyyətinin toplanılması da məni gələcəyə ümidlə baxmaq üçün ümidləndirir, güclü edir.

Artıq cəmi 2700 manat çatışmır... Bu postu paylaşaraq mənə dəstək ola, lazım olan məbləğin qısa zamanda yığılmasında, müalicə prosesimin maksimum tez zamanda başlamasında mənə kömək edə bilərsiniz.

Maddi yardımızdan əlavə, dualarınıza da çox ehtiyacım var. Əsirgəməyin...

Kapital Bank

4169 7385 7996 4788".


Digər xəbərlər